Azərbaycan cüdoçuları dünya çempionatında iştirak edəcəklər

Azərbaycan cüdoçuları dünya çempionatında iştirak edəcəklər
Avqust ayının 11-14 tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində yeniyetmələr (oğlan və qızlar ) arasında cüdo üzrə dünya çempionatı keçiriləcək. JudoOnline.info-dan siasport.az saytına verilən məlumata görə, 4 gün davam edəcək yarışıda yeniyetmələrdən ibarət yığma komandanın məşqçiləri Rəşad Həsənov və Rəşad Məmmədovun rəhbərliyi altında ölkəmizi ümumilikdə 14 cüdoçu - Sadıx Məhərrəmov, Mirsədi Gəncəli (hər ikisi -50kq), İsgəndər Talışınski, Elbrus Zamanov (hər ikisi -55 kq), Rəşad Ruffullayev, Fəqan Quluzadə (hər ikisi -60 kq), Hüseyn Rəhimli, Mixayıl Ananıyev (hər ikisi -66 kq), Firuddin Dadaşov (-73 kq), Kamran Hüseynov (-81 kq), Ülvi İsayev, Cəlil Şükürov ( hər ikisi -90 kq), Zaur Hüseynli (+90 kq) və Səkinə Zahirova (-44kq) təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə