"UltraNeftçi" dağılıb?
"UltraNeftçi" fan-klubunun dağılması ilə bağlı xəbərlər təsdiqlənməyib. Siasport.az saytı xəbər verir ki, fan-klubun rəhbəri Ceyhun Əzizli yayılan xəbərləri təkzib edib.
Ceyhun Əzizli fəaliyyətlərini davam etdirdiklərini və "Rəvan"la oyuna hazırlaşdıqlarını bildirib: "Məlum səbəblərdən ilk turda "Qarabağ"la oyunumuz təxirə salındı. Gələn həftə isə "Şəfa" stadionunda "Rəvan"la qarşılaşacağıq. Fan-kulubumuz dağılmayıb və "Rəvan"la qarşılaşmada komandamızı dəstəkləyəcəyik. Bütün "Neftçi" fanatlarını da həmin oyuna dəvət edirəm. Oyuna ofisin qarşısından avtobusla gedəcəyik. Ofisimizi tanıyanlar oyundan 2 saat əvvəl bizə qoşula bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə