"Bakı" Qəbələyə yola düşür

"Bakı" klubu XX Azərbaycan çempionatının açılış turuna təsadüf edən" Qəbələ" ilə oyunöncəsi Bakıda son məşqini keçib. Siasport.az saytı xəbər verir ki, dünən saat 19:00-da Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutan məşq fiziki təmrinlərlə başlayıb. Topla hərəkətlərlə davam edən məşq qapıya zərbələrlə yekunlaşıb.

Komandanın bütün üzvlərinin iştirak etdiyi məşqdə Stevan Bates və Əziz Quliyev ayrı həkim nəzarətində hazırlıq keçiblər. Stevan Bates əzələsi dartındığından, Əziz Quliyev əməliyyatdan sonrakı bərpa prosesi davam etdiyindən komandadan ayrı çalışıblar.

Adıçəkilən futbolçuların "Qəbələ" ilə keçiriləcək səfər oyununda iştirakı gözlənilmir.

Qeyd edək ki, sabah səhər 10:00-da Qəbələyə yola düşəcək "Bakı" oyunöncəsi son məşqinə saat 18:00-da matçın keçiriləcəyi Qəbələ şəhər stadionunda çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə