"Dortmund" "Hamburq"u 3:1 məğlub etdi

"Dortmund" "Hamburq"u 3:1 məğlub etdi

Dünən Almaniya Bundesliqasında yeni mövsümün ilk qarşılaşması keçirilib. Siasport.az saytı xəbər verir ki, son ölkə çempionu "Dortmund" Borussiyası, öz meydanında sonuncu Almaniya Kubokunun qalibi olan "Hamburq" futbol klubunu qəbul edib. Olduqca gərgin və mübahisəli anlarla zəngin olan qarşılaşmada Borussiya təmsilçisi, Kevin Grosskreutz və Mario Götzenin qolları ilə rəqib qapısından 3 qol keçirib. "Hamburq" isə buraxılan qollardan yalnız birinin cavabını verə bilib ki, bunun da onların məğlubiyyətdən qurtulmalarına heç bir xeyri olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə