Xəbər verdiyimiz kimi, voleybol üzrə qadınlardan ibarət milli komandamız Avropa çempionatının final mərhələsinə hazırlıq üçün təlim-məşq toplantılarını davam etdirir. Siasport.az saytının məlumatına görə, 10 gün Quba Olimpiya Kompleksində təlim-məşq toplantısı keçən qızlarımız paytaxtımıza döndükdən 3 gün sonra iyulun 31-də İsrailə yola düşüblər. Bu vaxt ərzində yığma komandamız İsrail milli komandasıyla 2 yoldaşlıq görüşü keçirib. Qarşılaşmaların hər ikisində Faiq Qarayevin yetirmələri 3:1 hesabı ilə qələbə qazanıblar.
Qeyd edək ki, komandamız sentyabr ayının 23-də komandamız Avropa çempionatında mübarizəyə başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB