Azərbaycan futbolunun 100 illiyi barədə film çəkilir- FOTO

Azərbaycan futbolunun 100 illiyi barədə film çəkilir- FOTO
\"\"


Azərbaycan futbolunun 100 illiyi barədə film çəkilir. Bu barədə SİA-ya "Səlnamə" kinostudiyasından məlumat verilib.


Tammetrajlı sənədli filmin ssenari müəllifi və rejissoru Arzu Urşan, rejissor köməkçisi Kəmalə Zəkiyeva, operatorları Yuri Yermolin (Rusiya) və Nadir Mehdiyev (Azərbaycan), rəssamı Fikrət Ələkbər, bəstəkarı Camal Əmirovdur.


"Səlnamə" kinostudiyasının çəkdiyi film iki dildə – Azərbaycan və rus dillərində səsləndiriləcək. Filmin xronometrajı 52 dəqiqədir.


Montajı Rusiyada ediləcək filmin sentyabrda təhvil verilməsi planlaşdırılır.


Məlumat üçün bildirək ki, A. Urşan 1960-80-ci illərin məşhur şair-müğənnisi Onegin Hacıqasımova həsr edilən 44 dəqiqəlik "Onegin Hacıqasımov. İki həyat" sənədli filmini çəkib. 2010-cu ildə film Sankt-Peterburqda beynəlxalq müəllif filmləri kinofestivalında nümayiş olunub.


\"\"


\"\"


\"\"


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com