“Xəzər Lənkəran” yeni transfer etdi

“Xəzər Lənkəran” yeni transfer etdi
"Xəzər Lənkəran" Futbol Klubu heyətinə yeni futbolçu cəlb edib. Siasport.az saytı xəbər verir ki, sloveniyalı hücumçu Deyan Rusiç klub ilə 2,5 il müddətinə müqavilə imzalayıb.

28 yaşlı Rusiç ölkəsinin klublarından savayı Rumıniyanın "Timişoara" və Rusiyanın "Spartak Nalçik" komandalarının şərəfini qoruyub. Ötən mövsümün ikinci yarısını isə futbolçu Səudiyyə Ərəbistanının "Əl Taavon" klubunda oynayıb. Hücumçu həmçinin 2007-ci ildən etibarən bir neçə dəfə Sloveniya milli komandasının heyətinə də çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə