Yığma məşqçilərinin görüşü keçirilib

Yığma məşqçilərinin görüşü keçirilib
AFFA-nın Futbol Akademiyasında yığma komandaların məşqçilərinin görüşü keçirilib. Siasport.az saytı xəbər verir ki, görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək ölkəmizdə futbolun inkişaf etdirilməsi üçün assosiasiyanın nəzərdə tutduğu 3 əsas prioritetin – kütləvilik, infrastruktur və təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərin nəticəsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, AFFA-nın prezidenti Rövnəq Abdullayevin tapşırığına əsasən 2008-ci ildən başlayaraq bu istiqamətdə görülən müvafiq işlər mütəmadi surətdə davam etdirilir. Hər 3 prioritet üzrə qazanılan uğurlara konkret faktlarla toxunan baş katib belə bir fikir mübadiləsinin aparılmasını təqdirəlayiq hal hesab edib.

Milli komandanın baş məşqçisi Berti Foqts və AFFA-nın texniki direktoru, U-21 yığma komandasının baş məşqçisi Berhard Lippert milli komandalar üzrə vahid təlim-məşq sistemi barədə fikirlərini bildiriblər. Diskussiya şəraitində keçən görüşdə geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə