Azərbaycan taekvondoçuları daha bir məsul yarış ərəfəsindədirlər.Siasport.az saytı xəbər verir ki, milli komandamızın üzvləri Çinin Şenjen şəhərində təşkil ediləcək XXVI Yay Universiadasına son hazırlıq məşqlərini keçirirlər.
Universiadada kişilər arasında yarışlarında baş məşqçi, respublikanın Əməkdar Məşqçisi Ələkbər İmaməliyevin rəhbərliyi ilə Samir Aydınov (46 kq), Vüsal Məmmədov (58 kq), Fariz Əliyev (68 kq), Elvin Məmmədov (74 kq), Ramin Əzizov (80 kq), Ceyhun Həsənli (87 kq) və Aydın Bəhmalovdan (87 kq-dan yuxarı) ibarət heyət iştirak edəcəkdir. Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq) və Kim Vonk Yunq (67 kq) isə yarışda qadınlardan ibarət seçmə komandanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında mübarizə aparacaqlar.
Qeyd edək ki, Koreya Respublikasında təlim-məşq toplanışında olan qadınlardan ibarət milli komandamızın 4 üzvü Busan şəhərində hazırlıq zamanı iki beynəlxalq yarışda iştirak edib. "Chung Cheon Open" turnirində Fəridə Əzizova (67 kq) qızıl, Günay Ağakişiyeva (57 kq) isə gümüş medal qazanıb. "Gyeong nam Open" turnirində isə Səbinə Mikayılova (62 kq) birinci, Türkanə Tahirli (49 kq) ikinci yerləri tutub.
XXVI Yay Universiadasının taekvondo üzrə yarışları avqustun 18-dən 23-dək keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB