Rövnəq Abullayev: "Çox istəyirdim ki, komandalarımızdan biri qrupda oynasın"-AÇIQLAMA

Rövnəq Abullayev: "Çox istəyirdim ki, komandalarımızdan biri qrupda oynasın"-AÇIQLAMA

AFFA-nın prezidenti Rövnəq Abdullayev Avropa Liqasının "Qarabağ" - "Brügge" oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Siasport.az saytı xəbər verir ki, AFFA prezidenti ilk hissədə sürətli oyun getdiyini bildirib: "Birinci hissədə daha sürətli oyun getdi. Amma fasilədən sonra oyunun sürəti aşağı düşdü. "Qarabağ" qolu birinci hissədə vursaydı, bəlkə də nəticə ayrı cür olardı. Çox istəyirdim ki, komandalarımızdan biri qrupda oynasın. Təəssüf ki, bu baş vermədi".

AFFA prezidenti 2014-cü ildə keçiriləcək dünya çempionatının püşkatmasıyla bağlı fikirlərini bildirib: "Azərbaycan millisi çox normal bir qrupa düşüb. Düşünürəm ki, növbəti seçmə mərhələdə biz öz sözümüzü deyə biləcəyik".

Növbəti ölkə çempionatı ilə bağlı fikirlərini AFFA prezidenti Rövnəq Abdullayev belə ifadə edib: "Azərbaycan çempionatında yaxşı və təmiz oyunlar gedir. Azərbaycan Premyer Liqasının səviyyəsi yüksəkdir və çalışıb daha da yüksəltmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə