Əfran İsmayılov: "Cavab matçında da məğlub olacağımız təqdirdə, idman ictimaiyyəti və mətbuatda təzyiqlə üzləşərdik"
"İşimizin çətin olacağını bilirdik. Azarkeşləri sevindirmək üçün qələbə lazım idi. Bu, reytinq xalı qazanmaq baxımından da faydalı idi. Sonda istəyimizi gerçəkləşdirməyimizə sevinirəm". Siasport.az saytı apasport.az saytına istinadən xəbər verir ki, bu sözləri "Bürügge" ilə oyundan sonra "Qarabağ"ın futbolçusu Əfran İsmayılov deyib.
Yarımmüdafiəçinin bildirdiyinə görə, rəqib keçilməz deyildi. Sadəcə, səfərdə 1:4 hesablı məğlubiyyət onlara psixoloji təsir edib: "Bürügge" Avropanın güclü klublarındandır. Bu, komandaya qalib gəlmək asan iş deyil. Rəqib meydanında uduzduğumuzdan, evdə məsuliyyət daha artıq idi. Cavab matçında da məğlub olacağımız təqdirdə, idman ictimaiyyəti və mətbuatda təzyiqlə üzləşərdik. Bu üzdən, Bakıda yalnız qələbəyə köklənmişdik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB