\"Bilirdik ki, \"Qarabağ\" ilk dəqiqələrdən erkən qol vurmağa çalıaşacaq. Buna hazırlaşsaq da, ilk hissədə pis oynadıq. Lakin ikinci hissədə sol cinahdan təhlükəli hücumlar qura bildik. Təəssüf ki, qapımızda qol gördük\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"Brügge\"nin baş məşqçisi Adri Koster deyib.
Holland mütəxəssis \"Qarabağ\"la oyundan sonra keçirilən mətbuat konfransında məğlub olmaq istəmədiklərini bildirib: \"Çox istərdik ki, məğlub olmayaq, cavab oyununda da uğur qazanaq. Məğlub olsaq da, növbəti mərhələyə adladıq. Sabah artıq rəqibimizi gözləyəcəyik. \"Qarabağ\" bu oyunda bir çox şansdan istifadə edə bilmədi\".
A.Koster \"Qarabağ\"ın üç oyunçusunu tərifləyib: \"Rəşad Sadiqov, Georgi Adamiya və Əfran İsmayılovun oyununu bəyəndim. Bu futbolçular daha fəal görünürdülər. Ümumiyyətlə, rəqib komanda xoş təsir bağışladı. \"Qarabağ\" bu oyunda bir çox şansdan istifadə edə bilmədi. Lakin yenə də qələbə qazana bildilər. Onlar bu heyəti qorusalar və bir az da gücləndirsələr, gələn mövsüm Avropa Liqasının qrup mərhələsinə düşə bilərlər\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB