Avqustun 6-dan 14-dək keçiriləcək "Bakı Open" Beynəlxalq şahmat festivalı açıq kateqoriyalı turnirlər arasında tərkibinə görə ən güclü yarışlardan biri olacaq. Siasport.az saytı xəbər verir ki, iştirakçılar siyahısına qrossmeyster Şəhriyar Məmmədyarov başçılıq edəcək.
Festivalın ilk onluğuna aşağıdakı şahmatçılar daxildir: Şəhriyar Məmmədyarov (Azərbaycan), Fransisko Valyexo Pons (İspaniya), Lenyer Dominges Perez (Kuba), Aleksey Dreyev (Rusiya), Emil Sutovski (İsrail), Dmitri Andreykin (Rusiya), Sergey Jiqalko (Belarus), Lazaro Bruzon (Kuba), Rauf Məmmədov (Azərbaycan), İlya Smirin (İsrail).
Turnirdə 65-70 şahmatçının iştirakı gözlənilir. Çempionat tərkibinin sıxlığına görə "Aeroflot Open" turnirini xatırladacaq.
"Bakı Open -2011" beynəlxalq şahmat festivalı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunacaq. Ümumi mükafat fondu 50 min avro olan ənənəvi turnirin təşkilatçıları Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasıdır. İsveçrə sistemi üzrə keçirilən festival çərçivəsində hər biri 9 turdan ibarət olan 3 turnir (A, B və uşaq turniri) keçiriləcək.
A və B turnirləri Xəzərin sahilində - Novxanı qəsəbəsindəki "AF-Hotel" dəbdəbəli istirahət mərkəzində təşkil ediləcək. Azyaşlı şahmatçıların turniri Respublika Şahmat Mərkəzində baş tutacaq.
"Bakı Open – 2010" turnirində Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, İran, Litva, Rumıniya, Gürcüstan, Kuba, Moldova, İsrail, İspaniya və Kuba şahmatçıları mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB