Soydaşlarımız dünya futbol tarixində ilkə imza atıblar

Soydaşlarımız dünya futbol tarixində ilkə imza atıblar
Güney Azərbaycanda yaşayan soydaşlarımız dünya futbol tarixində bir ilkə imza atıblar.Siasport.az saytı xəbər verir ki, Təbriz şəhərini İran Pro Liqasında təmsil edən "Traktorsazi"nin azarkeşləri uzun müddətdir internetdə apardıqları sorğunun nəticəsinə əsasən klubları üçün tarixi gün müəyyənləşdiriblər.
Qeyd edək ki, "Traktorsazi" klubu 1970-ci ildə yaradılıb. Ancaq hansı ayda və gündə təsis edildiyi məlum deyil. Ona görə də tarixi günün müəyyənləşdirilməsi məqsədi ilə azarkeşlər "Facebook"da "Tractor's Day Celebration" adlı səhifəsi açıb və sorğu keçiriblər. Sorğunun nəticəsinə əsasən 23 iyul "Traktorsazi" günü elan edilib.//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə