Azərbaycan yığmasının üzvü "Valensiya"da baxışdadır

Azərbaycan yığmasının üzvü "Valensiya"da baxışdadır
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Rizvan Umarov "Valensiya" klubunun düşərgəsinə yollanıb. Siasport.az saytı xəbər verir ki, millimizin oyunçusu İspaniya klubunda baxışdan keçirilir.
"Zenit" Futbol Məktəbinin yetirməsi olan 18 yaşlı Rizvan hazırda "Valensiya"nın əvəzedici komandası ilə məşq edir. O, ispan seleksiyaçıların diqqətini yığmamızın oyununda çəkib.
Qeyd edək ki, Rizvan 1993-cü ildə anadan olub və həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə