"Qarabağ" "Brügge"nin cavabını verə biləcəkmi?

"Qarabağ" "Brügge"nin cavabını verə biləcəkmi?

Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, bu yarışda ölkəmizi təmsil edən "Qarabağ" Belçikanın "Brügge" klubunu qəbul edəcək.

Xatırladaq ki, ilk oyunda Ağdam təmsilçisi səfərdə rəqibinə 1:4 hesabı ilə məğlub olub.


04 avqust


UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu


"Qarabağ" (Azərbaycan) - "Brügge" (Belçika)

Baş hakim: Saşa Kever (İsveçrə)

Bakı şəhəri, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00


Qeyd edək ki, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Brügge" oyunu "İdman Azərbaycan" kanalı ilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə