“Trabzonspor” Çempionlar Liqasına əlvida dedi

“Trabzonspor” Çempionlar Liqasına əlvida dedi

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Portuqaliyanın "Benfika" klubu ilə qarşılaşan Türkiyənin "Trabzonspor" klubu bu liqadakı çıxışını yekunlaşdırıb. Siasport.az saytının xəbərinə görə, birinci oyunu səfərdə 2:0 hesabı ilə məğlub olan "Trabzonspor" işini bir xeyli çətinləşdirmişdi. Belə ki, Qara Dəniz fırtınası öz meydanında sözün həqiqi mənasında fırtına qoparmalıydı ki, klub bunu edə bilməyib. Öz meydanında portəgiz klubu ilə 1:1 bərabərə qalan Şenol Günəşin legionu yolunu bundan sonra Avro Liqada davam edəcək.

"Trabzonspor" - "Benfika" 1:1 (ilk oyun "Benfika" 2:0 "Trabzonspor")

Qollar: 18-ci dəqiqə Manuel Duran Nolito ("Benfika") və 32-ci dəqiqədə Paulo Henriqe ("Trabzonspor")

Bütün xəbərlər Facebook səhifəmizdə