"Brügge"nin baş məşqçisi: "Arxaya oturmaq fikrimiz yoxdur"

"Brügge"nin baş məşqçisi: "Arxaya oturmaq fikrimiz yoxdur"
"İlk oyunda 4:1 hesabı ilə qələbə qazanmağımıza baxmayaraq, bizi çətin oyun gözləyir". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Brügge" klubunun baş məşqçisi Adri Koster deyib. Baş məşqçi hava şəraitindən gileylənib: "İlk növbədə isti hava şəraitini qeyd etməliyəm. Belə havada mübarizə aparmaq çox çətin olmalıdır. Bura turu keçməyə gəlmişik. Nəticənin elə bir əhəmiyyəti yoxdur. Əlbəttə yaxşı nəticə hər zaman faydalıdır. "Qarabağ" ilk oyunda göstərdi ki, çox təhlükləli komandadır. Zənnimcə, azarkeşlərin dəstəyi ilə ilk dəqiqələrdən irəli atılacaqlar. Amma bizim də arxaya oturmaq fikrimiz yoxdur. Bu, bizə çətinliklər yaradır. İnanıram ki, Bakıdan turu keçərək qayıdacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə