Qurban Qurbanov: "Biz təslim olmamışıq"

Qurban Qurbanov: "Biz təslim olmamışıq"
"İlk oyunda istəmədiyimiz nəticəni əldə etdik. Daha yaxşı hesabla Bakıya qayıtmaq istərdik. Bilirəm ki, çətin olacaq, amma təslim olmayacağıq". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Qarbağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. O, komandasını sona qədər mübarizəyə hazırladığnı qeyd edib: "Rəşad Sadiqovun start heyətində oyuna çıxma şansı böyükdür. Bakıya qayıdan kimi oununla söhbət etdik. Onun üçün tezliklə məşqlərə başlayıb kədərini unutmağın ən yaxşı yol olduğunu söylədim. Bu həftə bizimlə məşqlərdə iştirak edib. İnanıram ki, ən yaxşısını etməyi bacaracağıq. Azarkeşlərin stadiona gəlməsini istərdik. Çünki, ən böyük qələbələrimizi onların dəstəyi ilə qazanmışıq. Bir daha qeyd edim ki, biz təslim olmamışıq".

Bütün xəbərlər Facebook səhifəmizdə