Azərbaycan Alpinizm Federasiyasının Pamirdəki Lenin pikinə (7134 m) ekspedisiyası davam edir. Siasport.az saytı xəbər verir ki, yüksəkliyə qalxma üzrə milli yığma komandanın hazırlanması proqramına uyğun olaraq keçirilən ekspedisiya Leyla Əliyevanın rəhbərliyi altında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) və Azərbaycan Alpinizm Federasiyasının xüsusi layihəsinin davamıdır və ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir. Ekspedisiya Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunub. Ekspedisiyanın tərkibinə Əli Abdullayev, Firuz Dadaşov, Rüfət Qocayev, Rauf Zeynalov, Denis Leusov, Sirxan Məmmədov, Mirbədəl Mirhəsənli daxildirlər.
Komandanın məşqçisi və lideri ən güclü beynəlxalq dərəcəli alpinistlərdən biri olan Nikolay Totmyanindir.
Komanda artıq 5300 metr yüksəkliyə qalxıb və oradakı düşərgədə gecələcək. Sonra ekspedisiyanın üzvləri 6100 metr yüksəklikdə yerləşən düşərgəyə qalxacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB