Ədliyyədə prokuror tərəfindən dindirilən "Fənərbağça" klubunun və ölkə yığmasının futbolçusu Əmrə Belazoğlu azadlığa buraxılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərinə görə, "Beşiktaş"ın sabiq rəsmisi, hazırda televiziya şərhçisi kimi çalışan Sinan Engin də sərbəst buraxılıb.
Engin isə hazırda həbsdə olan "Fənərbağça"nın prezidenti Aziz Yıldırımla telefon danışıqlarının dinlənildiyini söyləyib. Onun sözlərinə görə, ədliyyəyə çağırılmasının bir səbəbi də məhz bununla bağlı olub. Sabiq klub rəsmisi prezidentlə danışığının danışılmış oyunlarla bağlı olmadığını da vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB