"Mançester Siti" Samir Nəsri üçün "Arsenal"a 22 milyon avro təklif edib?
İngiltərənin "Mançester Siti" futbol klubu daha bir səs-küylü transfer reallaşdırmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, ərəb şeyxlərinin sərmayəsi ilə nəinki bütün Avropada, eləcə də bütün dünyada ən çox transferlərə pul ayıran futbol klubu kimi tanınan "Mançester Siti" futbol klubunun, indi də "Arsenal" futbol klubunun ulduz futbolçusu Samir Nəsrini transfer etmək üçün nə az nə şox,-düz 22 milyon avronu gözdən çıxardığı barədə məlumat yayılıb. İngiltərənin "The Sun" qəzeti iddia edir ki, artıq iki ingilis klubu arasında ilkin danııqlar da başlanıb. Bu il UEFA Çempionlar Liqasında çıxış edəcək "Mançester Siti", var gücü ilə heyətini gücləndirməyə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB