İspaniyanın "Real" futbol klubunun və dünyanın ən bahalı futbolçusu olan Kriştiyano Ronaldonu bəyənməyən klub prezidenti də tapılıb. Siasport.az saytı xəbər verir ki, bu şəxs, elə K.Ronaldonun öz həmyerlisi olan "Porto" futbol klubunun prezidenti Pinto da Kostadır. Portuqaliyalı jurnalistlərlə söhbətində "Porto" prezidenti bildirib ki, qəribə də səslənsə belə o "Porto"nun braziliyalı futbolçusu Hulku heç vaxt həmyerlisi və keçmiş futbolçuları olan K.Ronaldoya dəyişməz. Bunu Hulkun K.Ronaldodan daha bacarıqlı futbolçu olması ilə əlaqələndirən P. D.Kosta, K.Ronaldonun da "Porto"nun yetirməsi olduğunu dilə gətirərək, Hulkun da yaxın vaxtlarda K.Ronaldo qədər reytinqli futbolçu olacağına əmin olduğunu açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB