"Bakı" klubu XX Azərbaycan çempionatının hazırlıqlarını davam etdirir

"Bakı" klubu XX Azərbaycan çempionatının hazırlıqlarını davam etdirir

"Bakı" klubu XX Azərbaycan çempionatının hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, bir günlük fasilədən sonra bir araya gələn futbolçular axşam məşqində səylə çalışıblar.


Baş məşqçi Aleksandr Starkovun nəzarəti altında Tofiq Bəhrəmov adına Respublika stadionunun meydanına çıxan komandanın fiziki təmrinlər və topla çalışmalar üzərində qurulan məşqi 80 dəqiqə çəkib.


Məşqdə milli komandaların heyətinə dəvət alan 4 futbolçu iştirak etməyib. Elvin Məmmədov, Fabio Luis Ramim və Əziz Quliyev milli komandanın, Novruz Məmmədov isə olimpia milli komandasının düşərgəsində olduqlarından avqust ayının ilk məşqində olmayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə