Beynəlxalq Ticarət Mərkəzində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə içegiki peşəkar karateçilər arasında "İçegiki Kuboku" uğrunda beynəlxalq turnir keçirilib. Siasport.az saytı xəbər verir ki, turnirdə ölkəmizlə yanaşı, Rusiya, Gürcüstan, İran, Türkiyə, Pakistan, BƏƏ, Almaniya və Qazaxstandan hərəsindən 1 idmançı iştirak ediblər. Ümumilikdə turnirdə 18 karateçi mübarizə aparıb.
İçegiki karete təşkilatının qaydalarına əsasən, keçirilən turnirdə ağır çəkidə reytinq xarakterli yalnız 1 döyüş keçirilib. 75 kq-dək çıxış edən idmançıların mübarizəsi olimpiya sistemi üzrə keçirilib.
Beynəlxalq turnirdə qalib Azərbaycan idmançısı Azər Məmmədov olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB