"Marça" qəzeti: Daniel Quiza ispaniyaya qayıdır!

"Marça" qəzeti: Daniel Quiza ispaniyaya qayıdır!

Futbol üzrə İspaniya millisinin və İstanbulun "Fənərbaxça" futbol klubunun ulduz futbolçusu Daniel Quiza barədə bu ölkənin əsas idman nəşrləri bir sıra məlumatlar dərc etməkdə davam edirlər. Siasport.az saytı xəbər verir ki, keçən gün ispaniyalı həmkarlarımıza "Ölənəcən "Fənərbaxça"lıyam" deyən D.Quiza haqqında İspaniya mediyası yenə də transfer xəbərləri dərc edir. İspaniyanın məşhur "Marça" qəzeti yazır ki, artıq "oxçu" İspaniyanın "Qaranata" futbol klubu ilə bütün məsəslələri yerinə qoyub və ispan klubu "Fənərbaxça" ilə danışıqlara başlayıb. Onun "Fənərbaxça"nın hazırkı vəziyyətinə görə öz gələcək taleyindən təşvişə düşərək belə bir addım atdığı deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə