"Qarabağ" 163 pillə gerilədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS//BFTSF) klubların növbəti reytinq cədvəlini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, siyahıda yenə bir Azərbaycan təmsilçisi yer alıb.
Belə ki, reytinq cədvəlinə "Qarabağ" düşüb. Lakin ay təmsilçimiz üçün uğursuz alınıb. Belə ki, "Qarabağ" birdən-birə 163 pillə geriləyib və 331-ci yeri tutub. Aktivində 70 xal olan komandamız ötən ay 168-ci pillədə qərarlaşmışdı.
Siyahının ilk üç pilləsində ötən ay olduğu kimi "Barselona", "Real" və "Portu" qərarlaşıb. İlk onluqda həmçinin "Mançester Yunayted", "Mançester Siti", "Vilyarreal", "İnter", "Santos", "Velez Sarsfield" və "Şalke 04" klubları yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə