Jurnalist təşkilatından “Neftçi”yə dəstək!

Jurnalist təşkilatından “Neftçi”yə dəstək!

"Jurnalistlər Sülh və İnkişaf Uğrunda" İctimai Birliyi son vaxtlar Bakının "Neftçi" futbol klubuna qarşı baş qaldıran hücumları qəti şəkildə pisləyərək komandanı dəstəklədiyini açıqlayıb. Qurumun rəhbəri Mətləb Salahov bildirib ki, mediya təşkilatı UEFA Çempionlar Liqasının 2-ci turu çərçivəsində Bakıda Zaqreb "Dinamo"su ilə keçirilən cavab qarşılaşmasından sonra "ağ qaralar"a qarşı hücumları qəti şəkildə pisləyir, bunun yolverilməz olduğunu hər kəsin diqqətinə çatdırır. Qurum rəhbəri, bir çox mətbuat orqanlarını ölkə futbolunun fllaqmanına qarşı aparılan "qara piar"a qoşulmamağa çağırıb:

"Düzdür, "Neftçi" kmi bir klubun UEFA Çempionlar Liqasında ilk mərhələdəcə mübarizəni dayandırması qətiyyən xoşagələn hal deyil. Amma nəzərə alsaq ki, bu məğlubiyyətdən həm klub rəhbərliyi, həm də bütün futbolçular lazımı nəticəni çıxarmağa çalışırlar, o zaman daha çox gərginlik yaratmağa və klubu psixoloji gərginlikdə saxlamağa ehtiyac yoxdur. Bilirik ki, bəzi adamlar bundan "Neftçi"ni gözdən salmaq üçün istifadə edirlər. Heç vaxt yaddan çıxarmayaq ki, "Neftçi" hər bir Azərbaycanlı üçün doğma və əziz futbol klubu, Azərbaycan üçünsə Avropada bir nömrəli futbol markasıdır. Amma onlar "Neftçi"ni gözdən salmağa nail olmayacaqlar. Jurnalist təşkilatı olaraq bundan sonra "Neftçi" futbol klubunu dəstəkləyəcəyimizi bəyan edir və klubun azarkeşlərini komanda ətrafında daha sıx birləşməyə dəvət edirik."

Bütün xəbərlər Facebook səhifəmizdə