Özbəkistan milli komandasının heyətində "dubl"a imza atan Bahodir Nasimov "Neftçi"nin düşərgəsinə qayıdıb. Siasport.az saytı xəbər verir ki, hücumçu yığmadakı oyunları və "Neftçi"dəki planları barədə fikirlərini klubun rəsmi saytına bildirib: "Milli komandada 2 qol vurduğum üçün qürur hissi keçirirəm. Amma əsas mənim qol vurmağım deyil, komandanın qələbəsdir. Qırğızıstan səddini keçərək, dünya çempionatının seçmə mərhələsinin qrupuna vəsiqə qazandıq. Hazırda çox yüksək əhval-ruhiyyədəm. İndi yığmada da daim əsas heyətdə yer almaq üçün çalışacağam. Oyunlardan sonra 2 gün dincəlmişəm, yorğunluğum çıxıb. Bu gündən "Neftçi"nin məqşlərində iştirak edəcəm. "Qarabağ"la oyuna ciddi hazırlaşırıq. Mövsümə qələbə ilə başlamaq niyyətindəyik. İnşallah, buna nail olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB