"Neftçi"nin 9 futbolçusu yığmada

"Neftçi"nin 9 futbolçusu yığmada

"Neftçi" PFK Azərbaycan Premyer Liqasının 2011/12 mövsümünün "Qarabağ"la oyununa hazırlığı səylə davam etdirir. Siasport.az saytı xəbər verir ki, flaqmanın dünənki məşqində Azərbaycan milli komandasına dəvət olunan futbolçular - Rail Məlikov, Ruslan Abışov, Ruslan Əmircanov, Cavid Hüseynov, eləcə də U-21 yığmasına çağırılanlar - Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Tərlan Quliyev, Emin Mehtiyev və Ruslan Qurbanov iştirak etməyiblər. Zədəsi ilə bağlı vətəni Braziliyada olan Rodriqinyo da hazırlıq prosesindən kənarda qalı.

Əvəzində, "Neftçi"nin əvəzedici heyətinin 3 üzvü - Eltun Yaqublu, İlham Allahverdiyev və Ağabala Ramazanov əsas komanda ilə birgə məşq ediblər. Zədəsini yenicə sağaltmış İqor Mitreski isə fərdi məşqlə kifayətlənib. Özbəkistan milli komandasının düşərgəsindən qayıdan Bahodir Nasimov da hazırlığa qatılıb.

Qeyd edək ki, "Neftçi"nin məşqi klubun bazasındakı meydançada baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə