Azərbaycanlı baş məşqçinin yetirmələri Asiya çempionatında medal qoymadılar

Azərbaycanlı baş məşqçinin yetirmələri Asiya çempionatında medal qoymadılar
Çin Xalq Respublikasında gənclər və yeniyetmələr arasında karate üzrə 11-ci, böyüklər arasında 10-cu Asiya çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, çempionatda Küveyt Karate Federasiyası (KKF) 17 idmançı ilə təmsil olunub. KKF-nin baş məşqçisi həmyerlimiz Elnur İbrahimovun yetirmələri çempionatda 1 qızıl, 1 gümüş, 5 bürünc medal qazanıblar.
Karate üzrə dünya və Avropa çempionu E.İbrahimov iki ildir KKF-nin baş məşqçisi kimi küveytli karateçiləri beynəlxalq yarışlara hazırlayır. Onun yetirmələri bir çox nüfuzlu yarışlarda yüksək nəticələr əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə