"Kəpəz"in baxışa çağırdığı legionerlərdən birinin kimliyi müəyyənləşib.Siasport.az saytı xəbər verir ki, Gəncə klubunun düşərgəsinə gələn futbolçulardan biri futbolsevərlərə tanış oyunçunun qohumudur. Belə ki,"Kəpəz"ə baxışa gələn Sidney Korqbo "Bakı"da çıxış edən İbharim Karqbonun qardaşıdır. Bu barədə fanat.az-a Sierra Leonedən olan futbolçunun özü məlumat verib.
Qeyd edək ki, Sidney Korqbo üç gündür "Kəzəz"in heyətindədir. O, dünən "Jalə Kuboku"nun final oyununda meydana çıxıb və bir hissə oynayıb.
1985-ci il təvəllüdlü Sidney Korqbo 2006-2008-ci illərdə Belçikanın "Brüssel" klubunda çıxış edib (42 oyun, 3 qol). 2008-ci ildə Finlandiya "İnter"ində 3 oyun keçirən futbolçu 2009-2010 mövsümündə Belçikanın "Red Star Vaasland" komandasının uğurları üçün çalışıb (10 oyun, 1 qol). O, 2006-ci ildən 9 dəfə Sierra Leone yığmasına çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB