Fəhmin Muradbəyli Barselonada ilk məşqinə çıxdı

Fəhmin Muradbəyli Barselonada ilk məşqinə çıxdı

"Neftçi" PFK-nın futbolçusu Fəhmin Muradbəyli artıq İspaniyanın Barselona şəhərindədir. Siasport.az saytı xəbər verir ki, yeniyetmə futbolçumuz dünyanın ən güclü klublarından olan "Barselona"nın nəzdində keçirilən intensiv Yay Futbol Məktəbinin hazırlıq prosesində ilk məşqinə çıxıb.

Qeyd edək ki, Fəhmin Muradbəyli məşqçi İslam Kərimovun rəhbərliyi altında "Neftçi"nin U-15 komandasının üzvü idi. Xüsusi istedada malik olan futbolçu həm "Neftçi"nin əvəzedici heyətinə cəlb olunub, həm də "Barselona" klubunun bazasında keçirilən Yay Futbol Məktəbinin məşqlərinə qoşulub.

Xatırladaq ki, Muradbəyli avqustun 12-dək davam edəcək məşqlərə qatılan yeganə azərbaycanlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə