"Barselona"nın hollandiyalı sol cinah oyunçusu İbrahim Affelay zədələnib. Siasport.az saytı xəbər verir ki, oyunçu "Mançestr Yunayted"lə keçirilən hazırlıq matçında zədələnib. Belə ki, gənc ulduz 4 həftəlik meydanlara ayaq basa bilməyəcək. Bu da o deməkdir ki, İ.Affelay 14 və 17 avqustda "Real Madrid"lə oynanacaq super kubok matçını və avqustun 26-da "Porto" ilə oynanacaq Avropa super kuboku matçını buraxmalı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB