2014-2015-ci illərdə atçılıq üzrə Avropa çempionatı harada keçiriləcək?

2014-2015-ci illərdə atçılıq üzrə Avropa çempionatı harada keçiriləcək?
Serbiyanın Belqrad şəhərində Avropa Atıcılıq Konfederasiyasının iclası keçirilib. Siasport.az saytı xəbər verir ki, iclasda 2014-2015-ci illərdə Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin səsverməsi keçirilib. Nəticələrə görə, 2014-cü ildə Avropa çempionatı Rusiyada, 2015-ci ildə isə Hollandiyada olacaq.

Xatırladaq ki, Azərbaycan Atıcılıq Federasiyası da 2014-2015-ci illərdə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə