"Qalatasaray" klubunun rəhbərliyi növbəti radikal qərar qəbul edib. Siasport.az saytının xəbərinə görə, idarə heyətinin keçiridiyi növbəti iclasda transferlərin dəyərləndirilməsindən sonra, klubun borclanma məsələləri də müzakirə olunub. Belə ki, klubun hər il pulsuz dəvət göndərdiyi 2050 nəfərə görə, illik 4 milyon pul itirdiyi məlum olub. Bu fakt başda başqan olmaqla, bir çox idarə heyətinin üzvünü təəccübləndirib. Bundan sonra iclasda başqan Ünal Aysal bu dəvətnamələrin azaldılması barədə göstəriş verib və hətta özünə belə ayrılacaq biletin pulunun hesablanmasını istəyib. Belə ki, iclas sonrası komissiyanın apardığı təhlil nəticəsində min nəfərə göndərilən pulsuz dəvətnamə ləğv edilib. Digər 1050 nəfər isə bilet qiymətinin yarısını ödəməklə "TT Arena"ya təşrif buyura bilər. Belə ki bundan sonra başqan və oyunun tribunadan izləyən oyunçular hər oyuna görə aşağıdakı məbləği ödəməli olacaqlar:
- Başqan Ünal Aysal hər oyuna görə, 50 TL (yəni 23 AZN)
- Professional futbolçular, klub personalı 10 TL (4.6 AZN)
Xatırladaq ki, "Qalatasaray"ın yeni sezon formaları da çox böyük rəğbətə səbəb olub. Belə ki, "Nike" istehsalı formalar artıq tükanlarda bitmə dərəcəsinə belə çatıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB