Rusiya millisinin baş məşqçisi: “Azərbaycanla oyun asan olmayacaq”-AÇIQLAMA

Rusiya millisinin baş məşqçisi: “Azərbaycanla oyun asan olmayacaq”-AÇIQLAMA

"Azərbaycanla oyun asan olmayacaq". Siasport.az saytının rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu futbol üzrə Rusiya yığmasının baş məşqçisi Dik Advokat deyib. O Azərbaycan yığmasının oyun üslubundan da danışıb: "Azərbaycan yığmasının oyun stili Makedoniya yığmasının oyununa bənzəyir. Belə yığmalarla oynamaq asan olmayacaq. Onlar müdafiəyə və əks hücuma hesablanan oyun aparırlar. Onlar hətda belə taktika ilə Türkiyəyə qalib gəliblər. Bu zəmində səfərdə oynamaq ürəkaçan olmayacaq".


Xatırladaq ki, final mərhələsi 2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkü atılıb. Braziliyada təşkil olunacaq mundialın püşkatması Rio-de-Janeyro şəhərində baş tutub.


F qrupunda qərarlaşan Azərbaycanın rəqibləri Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə