Arda Turan futbolu velosipedə dəyişir?

Arda Turan futbolu velosipedə dəyişir?
İstanbulun "Qalatasaray" futbol klubunun 24 yaşlı kapitanı Arda Turan, baş məşqçi Fatih Terim tərəfindən futbolçulara verilən 7 günlük istirahətdən əməlli-başlı səmərəli istifadə etməyi bacarıb. Siasport.az saytı xəbər verir ki, bir neçə gün bundan əvvəl İstanbulda, yeni açılan "Türk Telekom Arena"da İngiltərənin "Liverpul" futbol klubunu 3:0 hesabı ilə darmadağın edən "com bom" futbolçuları, istirahətlərini də səmərəli şəkildə davam etdiriblər.
Komandanın kapitanı A.Turan isə, doğulduğu məhəlləyə gedərək, sözün əsl mənasında uşaqlıq illərini yenidən yaşamağa başlayıb. Məhəllədəki uşaqlarla bir araya gələn İstanbul nəhənginin 24 yaşlı kapitanı, uşaqlarla birlikdə əylənərək həttda onlarla velosiped sürməyə də vaxt tapıb. Belə demək mümkünsə, "Qalatasaray"ın futbolçuları yeni mövsümə böyük həvəslə və əhval-ruhuyyə ilə hazırlaşırlar ki, bu da "Qalatasaray"ın yenidən Türkiyə çempionluğuna bir nömrəli namizəd olacağını göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə