"Xəzər Lənkəran" komandasının Lənkəranı tərk etdiyi haqda məlumat vermişdik. Siasport.az saytı stadium.az-a istinadən xəbər verir ki, istirahətdə olan komanda üzvlərinin bu gün Lənkərana qayıdacağı gözlənilir. Əldə etdiyimiz məlumata görə, komandanın bütün heyətinə bu gün səhər saatlarında "Xəzər Lənkəran" klubunun Bakıda yerləşən baş ofisində olmaları tapşırılıb. Futbolçuların klubun ofisinə çağırılmalarının səbəbləri haqda xəbər verilmir. Amma onu öyrənə bildik ki, komanda məhz ofisdə olandan sonra Lənkərana qayıdacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB