\"Mançestr Yunayted\" \"Barselona\"dan intiqamını aldı!

\"Mançestr Yunayted\" \"Barselona\"dan intiqamını aldı!

Klubların yeni mövsümə hazırlaşdığı bir dönəmdə azarkeşlər daha bir maraqlı oyunun şahidi olublar. Siasport.az saytının xəbərinə görə, Çempionlar Liqasının finalçıları bu səfər hazırlıq matçında üz-üzə gəliblər. Söhbət "Barselona" və "Mançestr Yunayted" klublarından gedir. Belə ki, Türk Hava Yollarının təşkilatçılığı ilə Amrekiada baş tutan oyunda qırmızı şeytanlar rəqibini 2:1 hesabı ilə üstələyərək finaldakı məğlubiyyətin bir növ acısını çıxardıb. Oyuna gəlincə isə, "Barselona" həmişəki kimi meydanın mərkəzindəki qısa paslaşmalarla oyuna nəzarət edib. Lakin belə anların birində itirilən top Nani tərəfindən "Barselona"nın qapısına vurulub. Daha sonra katalonların yeni gənc oyunçusu Tiaqo Alkantara uzaq məsafədən topu "Mançestr Yunayted"in qapsına göndərib. Matçın 76-cı dəqiqəsində isə yenə əks hücumda yaxalanan "Barselona"nı bu dəfə Maykl Oven cəzalandırıb. O, topu qapıçı Pintonun üstündən aşırdaraq qapıya vurub.


Bütün xəbərlər Facebook səhifəmizdə