Hollandiya millisinin baş məşqçisi Türkiyə yığmasından niyə çəkinir?
2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatının püşkü atılandan sonra, bir sıra milli komandaların baş məşqçiləri qərarlaşdıqları qruplar barədə müxtəlif açıqlamalar verməyə başlayıblar. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Hollandiya milli komandasının baş məşqçisi Bert van Marwijk jurnalistlərə bildirib ki, qrupdakı ən ciddi rəqib kimi məhz Türkiyə millisini görürlər. Hollandiya millisinin baş məşqçisi, qruplarında Macarıstan və Rumuniyanın da kifayət qədər potensial təhlükə yaradacaq komandalar olduğlarını diqqətə çəkərək, ancaq ən real təhlükəli komanda kimi Türkiyəni gördüklərini açıqlayıb. Türkiyə millisinin çox güclü komanda olduğunu deyən hollandiyalı futbol mütəxəssisi, bu komandanın heyətində dünyanın ən güclü klublarında forma geyən ulduz futbolçuların yer aldığını və bu futbolçuların da kifayət qədər texniki ustalığa malik olduqlarını diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB