"Fənərbaxça"ya vəfalı Quiza!

İstanbulun "Fənərbaxça" futbol klubunun ispaniyalı futbolçusu Daniel Quiza İspaniya mətbuatında verdiyi açıqlamalarla ağır günlər keçirən "sarı lacivərtlilər"i yamanca kövrəldib. Siasport.az saytı xəbər verir ki, dincəlmək üçün getdiyi vətəni İspaniyada ispaniyalı həmkarlarımızla söhbətində "Fənərbaxça"nın Türkiyə Superliqasından aşağı Diviziyona yuvarlanmayacağına ümid etdiyini deyən D.Quiza, bunun əksinə olacağı təqdirdə belə "Fənərbaxça"nı tərk etməyəcəyini, bu formanı şərəflə daşımağa davam edəcəyini bildirib. "Fənərbaxça" azarkeşlərinin dünyanın ən vəfalı və sadaqətli azarkeşləri olduğunu deyən "oxçu" futbol ulduzu, başqa klublara transferi barədə hələ danışmaq istəmədiyini də açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə