"İnter"in argentinalı ulduz futbolçusu Milito "Qalatasaray"a "hə" dedi!
İstanbulun "Qalatasaray" futbol klubu İtaliyanın "İnter" futbol klubunun ulduz futbolçusunu heyətinə qatmaq üçün gün sayır. Siasport.az saytı xəbər verir ki, "İnter"in argentinalı futbolçusu Diyeqo Milito ilə anlaşdığı iddia edilən İstanbul klubunun, bu transfer məsələsində italyan klubu ilə də əl sıxışdığı bildirilir. Türkiyənin nüfuzlu "Milliyet" qəzeti yazır ki, 32 yaşlı argentinalı futbolçunun özü də italyan mətbuatına verdiyi açıqlamalarında İstanbul klubundan sərfəli təklif aldığını və Avropanın sayılan-seçilən futbol klublarından olan, həmçinin Türkiyənin ən böyük futbol klubu adını qazanan "Qalatasaray"da çıxış etmək istədiyini etiraf edib. Baş verənlər onu deməyə əsas verir ki, biz çox yaxın günlərdə argentinalı 32 yaşlı forvardı "Qalatasaray"ın heyətində görə biləcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB