"Turan" Gürcüstan klubunu darmadağın etdi

"Turan" Gürcüstan klubunu darmadağın etdi
Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə "İnter"in qonağı olacaq "Turan" mövsümöncəsi son yoxlama oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, Gürcüstanın "Zoovet" klubu ilə qarşılaşan Tovuz təmsilçisi rəqibini 4:0 hesabı ilə məğlub edib. "Turan"ın heyətində Sergey Artyux, Georgi Beriaşvili, Yasin Abbasov və Martin Kerçev fərqləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə