Qus Hiddinq "Çelsi"nin 33 yaşlı baş məşqçisini yaman tərifləyir...

Qus Hiddinq "Çelsi"nin 33 yaşlı baş məşqçisini yaman tərifləyir...
Futbol üzrə Türkiyə milli komandasının hollandiyalı baş məqşçisi Quss Hiddinq, İngiltərənin "Çelsi" futbol klubunun portuqaliyalı baş məşqçisi Andre Villas-Boasa təriflər yağdırıb. Siasport.az saytı xəbər verir ki, hollandiyalı qocaman futbol mütəxəssisi, 33 yaşlı gənc məşqçinin "Çelsi"nin sükanı arxasına gətirilməsini tam düzgün addım saydığını açıqlayıb:
"Mən Roman Abromoviçlə görüşümdə ən doğru qərarı seçdiyi üçün ona təşəkkür etdim. Həqiqətən də 33 yaşının olmasına baxmayaraq Andre Villas-Boas çox böyük uğurlar ədə etmiş baş məşqçisidir. Onun "Çelsi"ni çox qısa vaxtda böyük uğurlara daşıyacağına tam əminəm. Bu qüvvə onda kifayət qədərdir"-deyə Q.Hiddinq fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə