İldə 30 milyon dollar gəliri olan Kriştiyano Ronaldonun var-dövləti rekord həddə çatdı!
İspaniyanın "Real" futbol klubunun və dünyanın ən bahalı futbol ulduzu portuqaliyalı Kriştiyano Ronaldonun gəlirləri kəllə-çarxa çıxır. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı futbol ulduzunun "Real"dan və sponsor şirkətlərdən qazandıqları barədə yeni məlumat dərc olunub. Portuqaliyanın məşhur "Futbol Finance" idman portalının yazdığına görə 26 yaşlı futbolçu Madrid "Real"ından aldığı 17 milyon dollar pulla 2011-ci ildə dünyanın ən çox qazanan futbolçusu olmaqla yanaşı, şəxsi reklam gəlirlərindən qazandığı pulla da "rekord qırır".
Belə ki, onun "Nike" (İdman geyimləri şirkəti), "Giorgio Armani" (Geyim şirkəti), "Coca-Cola" (Sərinləşdirici içkilər şirkəti), "Castrol" (Maşın yağları istehsal edən şirkət), "EA Sports" ve "Banco Espirito Santo" (Portuqaliya bankı) kimi reklam sponsorlarından qazandığı pulun həcmi ildə 13 miyon dollara çatır. Ümumilikdə isə onun illik gəliri 30 milyon dollardır.
Ən əsası isə odur ki, portuqaliyalı futbol ulduzunun sərvəti 180 milyon dollarla ölçülür!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB