Argentina milli komandasının keçmiş baş məşqçisi olan dünya futbolunun canlı əfsanəsi Diyeqo Maradona ilə kürəkəni Serxiyo Aguero arasında narazıçılıq yaranıb. Siasport.az saytı xəbər verir ki, kürəkəninin İspaniyanın "Atletiko Madrid" futbol klubunu tərk edərək İngiltərənin "Mançester Siti" klubuna keçməsinə qarşı çıxan D.Maradona, bunun onun gələcək koryerası üçün mənfi çöküş olacağını irəli sürərək, eyni zamanda onu ərəb şeyxlərinin puluna aldanmaqda ittiham edib. Argentina mətbuatı yazır ki, həttda D.Maradona kürəkəni ilə bir həftədir ki danışmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB