"Şalke 04" rumuniyalı futbolçunu transfer edib

"Şalke 04" rumuniyalı futbolçunu transfer edib

Almaniyanın "Şalke 04" futbol klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Siasport.az saytı xəbər verir ki, "Şalke04" "Ştutqart"ın rumuniyalı futbolçusu Kiprian Maricayı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Şalke 04" futbol klubu rumun futbolçu ilə 2 illik müqavilə də imzalayıb. Klubun idman direktoru Horst Heldt jurnalistlərə bildirib ki, bir çox Avropa klubları da rumun futbolçunu transfer etmək üçün çalışıblar. K.Maricayı transfer etdiklərindən məmnun olduqlarını deyən H.Heldt, onun yeni mövsümdə "Şalke 04" üçün önəmli futbolçu olacağına inandığını dilə gətirib. Xatırladaq ki, rumun futbolçu Almaniya Bundesliqasında meydana çıxdığı 93 oyunda rəqib qapısına 19 top vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə