"Real" yeni sponsorla 5 illik müqavilə imzaladı...

"Real" yeni sponsorla 5 illik müqavilə imzaladı...
İspaniyanın "Real" futbol klubu Birləşmiş Ərəb Əmirliklərinin havayolu şirkəti olan "Emirates"lə 5 illik yeni sponsorluq müqaviləsi imzalayıb. Siasport.az saytı xəbər verir ki, bu gün kral klubu "Santyaqo Bernabeu" stadionunda məşhur "Emirates" şirkəti ilə sponsorluq müqaviləsinin təqdimetmə mərasimini də keçirib.
Təqdimetmə mərasimində Madrid "Real"ının prezidenti Florentino Perez, "Real"ın əksər futbolçuları və "Emirates"in Avropa və Rusiya üzrə ticarət departamentinin baş müdiri Salen Obedialla iştirak ediblər. "Real" prezidenti bildirib ki, onlar "Emirates"i özlərinin strateji tərəfdaşları hesab edirlər və bu əməkdaşlıqdan məmnundurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə