“Azərreyl”də yeni legioner
Bakının "Azərreyl" voleybol klubu heyətinə yeni legioner cəlb edib. Siasport.az saytı xəbər verir ki, paytaxt klubu Belarus millisinin üzvü Oksana Kovalçuk ilə bir illik müqavilə imzalayıb.
Voleybolçu Rusiyanın "Uraloçka", "Dinamo-Yantar" və "İndezit" klublarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə